Salam hörmətli izləyicilərimiz!

15 ildən çoxdur ki, şirkətimiz Azərbaycanın bütün şəhər və bölgələrində avadanlıq təchizatı, dizayn, isitmə və soyutma sistemlərinin quraşdırılması və sonradan tam servis xidmətlərin göstərilməsi sahəsində bütün işləri görür. Komandamız ali texniki təhsilli mühəndislərdən ibarətdir.
Biz nüfuzumuzu qiymətləndiririk və buna görə yalnız yüksək keyfiyyətli materiallardan istifadə edir, müştərilərimizə qüsursuz xidmət, münasib qiymətlər təklif edirik və görülən bütün işlərin keyfiyyətinə zəmanət veririk. 

Qazın aylıq sərfiyyatı birbaşa istilik sisteminizin necə qurulduğundan asılıdır. Mütəxəssislərimizin esas vəzifələrindən biri – aylıq minimum qaz sərfiyyəti ilə evdə rahat bir yaşayış təşkil etməkdir.

Bizim prioritetimiz – müştərinin işimizdən tam məmnuniyyətidir!

Sizə kombi və radiatorlar haqda məlumat vermək istəyirik. Kombi 30-a yaxın hissədən ibarətdir. Elektron kart, esenjor, sirkulasiya pompası, fan, qaz valvesi, müxtəlif çiplər, datciklər və sairə. Kombinin qiyməti bu detalların nə dərəcədə keyfiyyətli olmasından aslı olaraq formalaşır. Ucuz kombi yüksək keyfiyyətli və uzun ömürlü ola bilməz. Turkiyə brendi olan Termogas kombilərin hər detalı yüksək keyfiyyətlidir. Yüksək keyfiyyətlə yanaşı Termogas kombiləri aşağı qaz təyziqində işləyir və qaz sərfiyatında çox qənaətçildir!

Termogas radiatorları təmiz, qatqısı olmayan alüminiumdan istehsal olunur, istilik vermək bacarığı çox yüksəkdir. Üzərinə xüsusi texnologiya ilə yüksək keyfiyyətli boya vurulur ve bu boya illər keçəndən sonra rənqini dəyişmir və paslanmır. Radiatorlarımızın içi də hamar olduğundan suyu səssiz ötürür və artıq səs yaratmadan evinizi isidir.

Əziz izləyicilərimiz, bizim şirkət sizə kombi, geniş çeşid radiatorlar, istənilən brend Azərbaycan, Türkiyə, Rusiya istehsalı boru və fitinqlər, isti döşəmə sistemləri, bir söznən istilik sisteminə aid hər detalı, sizin istəyə əsasən quraşdırma daxil olmaqla ve ya quraşdırmasız, ilkin ödənişsiz, çox sərfəli 24 aya qədər kreditlə və ya Birkart, Tam kart, Albalı və Bol kart ilə 18 ayadək faizsiz hissə-hissə ödənişlə (taksitlə) əldə etməyi təklif edir. Bu servis və şərtlər qeydiyyatdan aslı olmayaraq hər şəhər, rayon və kəndlərdə keçərlidir. Artıq evdən çıxmadan, ödəməni Birkart, Tam kart, Albalı və Bol kart ilə onlayn edərək kombi istilik sistemini və quraşdırmanı sifariş etmək mümkündür. 

İstilik sisteminin ümumi qiymətini ve aylıq ödənişləri müəyyən etmək üçün evinizin otaq ölçülərini və istəklərivizi sizə yaxın olan mağazamızın whatsapp nömrəsinə yazıb göndərməyiniz xahiş olunur. Mühəndislərimiz hesabat edib sizə tam ətraflı məlumat verəcəklər

İstilik sisteminə daxil olan hər detala və qörülən işə 2 il qızıl zəmanət veririlir!Termogas şirkəti sizə Ən münasib qiymətə Ən yüksək keyfiyyət təklif edir! 

Diqqətiniz üçün Təşəkkür edirik!

"TERMOGAS" Məhdud Məsuliyyətli Cəmiyyəti

Dövlat qeydiyyat (VÖEN): 1008178541

Hüquqi ünvanı: AZ1130, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ƏCƏMİ NAXÇIVANİ, ev 13 C, mənzil 28